Azərbaycan və Almaniya arasında Gəncədə birgə müəssisə yaradılır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Sənaye Korporasiyası" ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış müqaviləyə əsasən alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis edilir.
BAKU.WS-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 mln.$ həcmində sərmayə qoyulması nəzərdə tutulur.
Bu, 800-dən çox yeni iş yerinin yaradılmasına, alüminium sənayesinin inkişafı, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək.
"Azərbaycan Sənaye Korporasiyası" ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış müqaviləyə əsasən alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis edilir. Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 18, 2022
1/3
Oxşar xəbərlər
Prezident İlham Əliyev 2019-cu il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib. BAKU.WS xəbər verir ki, qanuna əsasən, Azərba...