Azərbaycan Türkiyəyə ən çox qaz tədarük edən üç ölkədən biridir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya, ABŞ və Azərbaycan Türkiyəyə qaz tədarük edən ölkələrin arasında ilk üçlükdə yer alıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.
Bu ilin oktyabr ayında Türkiyəyə təbii qaz idxalı 15,2 faiz artaraq 4 milyard 657 milyon kubmetrə çatıb. İdxal olunmuş qazın 3 milyard 22 milyon kubmetrə yaxını boru kəmərləri ilə, 1 milyard 634 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz şəklində tankerlərlə çatdırılıb.
Hesabat dövründə boru kəmərləri ilə Türkiyəyə təbii qaz idxalı 6,9 faiz azalıb, tankerlərlə tədarük isə 105,5 faiz artıb.
Oktyabrda Türkiyə ən böyük həcmdə təbii qazı Rusiyadan alıb - 1 milyard 865 milyon kubmetr. Azərbaycandan isə 762 milyon kubmetr qaz tədarük edib.
Oxşar xəbərlər
Azərbaycanda bu ilin 9 ayında neft-qaz hasilatına dair statistika açıqlanıb
2020-ci ilin yanvar-sentyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 26,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. BAKU.WS Energetika Na...