Azərbaycan qeyri-neft ixracatını ən çox hansı ölkələrə edir? - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb. Belə ki, bu ilin ilk 8 ayında qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17.8 faiz artaraq 2 milyard dollardan çox olub".
BAKU.WS xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, qeyri-neft ixrac dəyərində Rusiya 32 faizlə ilk sırada olsa da bu mövsumi olaraq şimal qonşumuza daha çox kənd təsərrüfatı məhsulları ixrac etməyimiz ilə bağlıdır: "Belə ki, qeyri-neft ixracatımızda 27.7 faizlə ikinci ən böyük tərəfdaşımız olan qardaş Türkiyəinin növbəti aylarda payının daha da artacağı gözlənilir. Bütövlükdə, növbəti dövrlərdə qeyri-neft ixracatında Türkiyənin Azərbaycanın əsas tərəfdaşı olacağı gözlənilir. Gürcüstan qeyri-neft ixracat məhsullarımızın 9.9, İsveçrə 4.1, Qazaxıstan isə 3.3 faizini alır.
Bu müddətdə ümumi ixracatın həcmi 16 milyard 776 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatın həcminin artmasına baxmayaraq ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır".
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...