Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan təqribən 13,8 milyard dollar dəyərində 22,3 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edib.
BKAU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Yanvar-oktyabr ayları ərzində Azərbaycan neftinin 3 ən böyük idxalçısı siyahısında birinci yeri İtaliya tutur (5,9 milyard dollar dəyərində 9,3 milyon ton), ikinci yerdə İsrail (1,3 milyard dollar dəyərində 2,2 milyon ton), üçüncü yerdə isə Hindistan (dəyəri 817 milyon dollardan çox olmaqla 1,4 milyon ton) dayanır.
Cədvəldə 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xam neft və neft məhsullarının 10 ən böyük idxalçıları qeyd olunub:
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.
Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına nəql olunur.
Oxşar xəbərlər
BTC ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası Ceyhan limanından yola salındı - FOTO
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası 22 aprel 2023-cü ildə Türkiyənin Ceyhan limanından yola salınıb. BAKU.WS...