Azərbaycan-Ermənistan arasında ən azı 3 gömrük postu təşkil olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində və təbii ki, ticarətin o bölgədə də davam etdirilməsi ilə bağlı ən vacib məsələlərdən biri tranzit hərəkətləri müəyyənləşdirir.
BAKU.WS xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev xarici ticarətlə bağlı keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi üçtərəfli - Azərbaycan, Ermənistan, Rusiya ilə birgə blokda bu cür görüşləri, postların yerinin və keçidinin müəyyənləşdirilməsi ilə bağlı komissiyanın bir neçə iclasında iştirak edib.
“Bu sahədə layihələr üzərində iş gedir. Həm Naxçıvan, həm də Ermənistanla digər istiqamətlərdə sərhəd keçid məntəqələrinin müvafiq yerlərində hələ ki, ümumi tranzit qaydaları üzrə iş getdiyi üçün konkret yerlər haqqında fikir söyləyə bilməyəcəm. Ən azından onu bilirik ki, bu koridor region dövlətlərinin tranzit potensialını qarşılamaq üçün yeganə, ən qısa və ekonomik koridorlardan biridir. Bu baxımdan həm Naxçıvan istiqamətindən, həm Naxçıvandan Ermənistana bağlanan Sədərək istiqamətində və Ordubaddan bağlanan Ermənistan istiqamətində, Ermənistandan təkrar Zəngilan hissələrində gömrük postları təşkil olunacaq. Əlavə məntəqələr, gömrük postlarının da təşkil olunması ehtimal ola bilər. Hal-hazırda danışıqlar gedir. Konkret bu sahənin inkişafı, istiqaməti müəyyən olunandan sonra yeni postların açılmasına qərar veriləcək”, - deyə DGK sədri vurğulayıb.
Oxşar xəbərlər
Vahid Əhmədov: “Bəzi pullu adamlar dövlətimizə təhlükədir”
Koronavirusun nə zaman bitəcəyi heç kimə məlum deyil. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov dünyanın, eləcə də Cənubi Qafqazın...