Azərbaycan bu il Türkiyəyə nə qədər neft nəql edib?
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-may aylarında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 94,74 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% azdır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 2019-ci ilin yanvar-may aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 101,45 mln. barel neft nəql edilib.
Qeyd edək ki, ötən il Türkiyə ərazisində BTC vasitəsilə 235 243 min barel neft nəql edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 8,03% azdır.
BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asiya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.
Oxşar xəbərlər
Azərbaycanın bu il hasil etdiyi neftin həcmi açıqlandı
Energetika Nazirliyi yanvar-may ayları üzrə neft və qaz hasilatına dair göstəriciləri açıqlayıb. BAKU.WS xəbər verir ki, 2020-ci ilin yanvar-may aylarında Azərb...