AZAL Türkiyənin 2 şəhərinə uçuşları müvəqqəti dayandırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırır.
BAKU.WS xəbər verir ki, Bakı-Ankara-Bakı aviareysləri aprelin 29-dan mayın 13-nə qədər, Bakı-İstanbul-Bakı aviareysləri aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.
Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı-Antalya-Bakı aviareysi də baş tutmayacaq.
Buna səbəb tələbatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri "Türk Hava Yolları" şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.
Oxşar xəbərlər
Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayır
Türk Hava Yolları 2 Oktyabr 2020-ci il tarixindən etibarən Ankara Bakı və Bakı Ankara xüsusi uçuşlarına başlayacaq. Uçuşlar çərşənbə və cümə olmaqla həftədə 2 d...
