A.Novak: Neft bazarı pandemiyadan əvvəlki vəziyyətinə qayıdıb

A.Novak: Neft bazarı pandemiyadan əvvəlki vəziyyətinə qayıdıb
İqtisadiyyat 34

Neft bazarı pandemiyadan əvvəlki vəziyyətinə qayıdıb.

BAKU.WS xəbər verir ki, bu fikri Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında söyləyib. Onun fikrincə, OPEK+ təşkilatının sentyabrda neft hasilatını sutkada 100 min barelə çatdırmaq qərarı artan tələbatı təmin etməyə yönəlib. Rusiya rəsmisi hazırda aviasiya uçuşlarının 2020-ci ilin apreli ilə müqayisədə 23 faiz artığını vurğulayıb.

Eyni zamanda, A.Novak neft bazarında qeyri-müəyyənliyin də mövcudluğunu istisna etməyib. Belə ki, COVID-19 virusunun yenidən yayılması ilə əlaqədar mümkün karantin riski hələ də qalır, üstəlik, Rusiya neft sahəsinə tətbiq edilmiş sanksiyalara görə logistik problemlər də yaşanmaqdadır.

A.Novak OPEK+ təşkilatı üzvlərinin hər ay görüş keçirəcəklərini diqqətə çatdırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər