Ağdam Sənaye Parkına 50 milyon manatdan çox pul qoyulacaq

İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkına 50 milyon manatdan çox investisiya yatırılacaq.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.
O, bu barədə Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda danışıb.
"Parkda yaradılacaq yeni iş yerlərinin sayı 1 000-dən çox olacaq. İndiyə qədər 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunun 4-ü son bir ayın payına düşüb. Rezidentlər tam şəkildə lazımi infrastrukturla təmin ediləcək, bundan sonra onlar istehsal müəssisələrinin inşasına başlayacaqlar", - deyə nazirlik rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri hazırlanacaq. B...