VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"190 manat ödənişdən imtina alan və şikayət edən kifayət qədər çox şəxs oldu. Biz bunu rəqəmlərlə açıqlamışdıq. Fərdi sahibkarlar, ümumiyyətlə sahibkarlıqla məşğul olan şəxslər var idi və biz onlara məlumat verdik ki, onlar digər mexanizmdən istifadə etməlidirlər".

BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, bunun üçün İqtisadiyyat Nazirliyinə müraciət olunmalıdır: "Həmçinin maddi vəziyyəti yüksək olanlar müəyyən edildi və onlara imtina verildi, həmçinin səbəbləri izah olundu. Lakin son 3 ay ərzində bununla yenə də razılaşmayan 20 minə yaxın insan müraciət edib ki, bizə 190 manat verilsin.

Bu şəxslərin hər birinə ictimai iş təklif olunub. Əgər, həqiqətən də, siz özünüzü aztəminatlı kriteriyaya aid edirsinizsə, bizim verdiyimiz izahatlar sizi qane etmirsə, onda həmin adamlara təklif olundu ki, gəlin, sizi minimum əməkhaqqı ilə işə götürsünlər.

Bu 20 min müraciətin heç bir faizi razılaşmadı. Necə olur ki, vətəndaş aztəminatlıdır, ehtiyaclıdır, amma minimum əməkhaqqı ilə işləyib gəlir qazanmaq istəmir".

BAKU.WS