Milli Məclisin bu gün keçirilən plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib. 

BAKU.WS report-a istinadən xəbər verir ki, sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

İclasda Maliyyə naziri Samir Şərifov da iştirak edib.

Xatırladaq ki, təklif olunan layihəyə görə, büdcədə gəlirləri üzrə proqnoz 10,5 milyon manat azaldılaraq 24 134,5 milyon manatdan 24 124 milyon manata endirilir, xərclər üzrə proqnoz isə 597,5 milyon manat artırılaraq 26 894,7 milyon manatdan 27 492,2 milyon manata qaldırılır. 

Son nəticədə büdcə kəsiri üzrə proqnoz 608 milyon manat və yaxud 22% artaraq 2 760,2 milyon manatdan 3 368,2 milyon manata çatacaq.

BAKU.WS