SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan bankları arasında həyata keçirilən valyuta alqı-satqısı əməliyyatlarında ABŞ dollarının məzənnəsi 1,63 manatdan da aşağı düşüb.
 
Fins.az-ın əldə etdiyi məlumata görə, dolların banklararası qiyməti 1,626 manat olub. Günün sonuna qədər qiymətin bir qədər də aşağı düşəcəyi ehtimal olunur.

Xatırladaq ki, son günlər Azərbaycanda dollara tələbat azalıb. Ötən gün Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondunun keçirdiyi valyuta hərracına 150 milyon dollar çıxarılıbsa da, banklar bunun cəmi 11,9 milyon dollarını alıb.
 
BAKU.WS