SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün mütəmadi olaraq təşkil etdiyi növbəti valyuta hərracında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vasitəsilə 150 mln. ABŞ dolları həcmində vəsaiti satışa çıxaracağı gözlənilir. 

AMB-dən "Report"a verilən məlumata görə, keçən həftə valyuta hərraclarının həftəlik sayının 3-dən 2-dək azaldılması barədə mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil.

Qeyd edək ki, ABŞ dollarının bu gün, martın 14-nə rəsmi məzənnəsi 1,6411 AZN/USD-dir.

"Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracda kommersiya banklarının tələbi tam qarşılanacaq və dolların rəsmi məzənnəsi bir qədər də azalaraq 1,64 AZN/USD səviyyəsindən aşağı enəcək.
 
BAKU.WS