SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu gün valyuta hərracında 23 kommersiya bankına satdığı 100 mln. ABŞ dollarına qarşı faktiki tələbat 200 mln. dollardan çox olub.

BAKU.WS-in Report-a istinadla verdiyi məlumata görə, bankların dollara olan tələbatının bu dərəcədə yüksək olması nəticəsində bugünkü hərracda məzənnə 1,5843 AZN/USD-yə yüksəlib. Qeyd edək ki, hərracda formalaşan məzənnə bu günə olan məzənnədən 0,5% artıqdır. Bu da AMB-nin son zamanlar +0,2%-li gündəlik məzənnə dəyişməsi siyasətindən imtina edərək marjanı 0,5%-ə artırması deməkdir. Maraqlıdır ki, bugünkü hərracda banklar təkliflərini maksimal məzənnə ilə irəli sürüblər.

Xatırladaq ki, martın 2-nə rəsmi məzənnə 1,5764 AZN/USD səviyyəsində müəyyənləşdirilib.

"Report"un analitik qrupu AMB-nin manatın məzənnəsini zəiflətməsi hazırkı iqtisadi konyunkturda anlaşılan deyil: "Neftin qiymətinin artması və qonşu ölkələrin valyutaları, xüsusilə də rublun möhkəmlənməsi fonunda manatın məzənnəsinin azaldılmasının səbəbi aydın deyil. Bugünkü hərracın nəticələri sabah rəsmi məzənnənin 1,5843 AZN/USD-yə kimi yüksələcəyini göstərir".

"Report"un monitorinq qrupu kommersiya banklarında nağd dolların satış məzənnəsinin artıq 1,60 AZN/USD həddini üstələdiyini bildirir.
 
BAKU.WS