Cari ildə hibrid avtomobillərinin ölkəyə gətirilməsi say etibarı ilə artımla müşahidə edilir.
Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən məlumat daxil olub.
"2018-ci ildə ölkəyə 146 sayda hibrid minik avtomobili idxal olunduğu halda, 2019-cu ilin 9 ayı ərzində ölkə ərazisinə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılmışdır. Qeyd olunan minik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələr aidiyyəti mərkəzi icra orqanları ilə birgə müzakirə edilməkdədir",-deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Azərbaycana gətirilən hibrid və digər ekoloji təmiz avtomobillərin idxal rüsumlarına gələn ilin dövlət büdcəsi zərfində yenidən baxılacaq. Bunu mətbuata açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev demişdi: "Növbəti ilin büdcəsində tariflərin, güzəştlərin və hansı mallara rüsumların artırılması məsələsinə baxılacaq".
Xatırladaq ki, hibrid avtomobillərin alınması və istismarı daha ucuz başa gəldiyi üçün bu növ avtomobillərin istifadəsi dünyada daha populyardır. 2016-cı ildən etibarən qonşu Gürcüstanda elektromobillərin idxalı ilə bağlı gömrük rüsumu 50% aşağı düşüb.
Hibrid və elektrik avtomobillərlə bağlı güzəştlər Azərbaycanda ekoloji vəziyyətin yaxşılamasına səbəb olacaq. Eyni zamanda ölkədəki avtomobil parkına da öz tövhəsini verəcək.
Orxan Hüseyn
BAKU.WS
Hibrid avtomobillərin gömrük rüsumuna güzəşt olacağı iddiasına RƏSMİ CAVAB
13
noy
16:35

Azərbaycana bu avtomobillərin gətirilməsi artıb - RƏSMİ
Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar gəlir
“Günün Yekunu” - 17 avqust 2019
Azərbaycana gətirilən hibrid və elektrik avtomobillərə görə gömrük güzəşti edilə bilər
Azərbaycanda avtomobil idxalı 2 dəfədən çox artıb
Jurnalistlərimizə hibrid avtomobillər verilə bilər
Yanvarda ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb
Azərbaycana avtomobil idxalı 7 dəfə azaldı
Теги: Gömrük Komitəsi
- Polis sevgilisindən ayrılan Pərvin Abıyeva yenə də olaya səbəb oldu - FOTO
- Bakıda maşında erməni mahnısına qulaq asanlar bunlar olub - VİDEO
- İlkinlə həyat yoldaşının İstanbul gəzintisi - FOTO
- Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
- Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
- Nazirin Pərvinə görə işdən çıxardığı polisdən gözlənilməz addım - VİDEO
- Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
- Pərvin və polis sevgilisinin daha bir QALMAQALLI VİDEOsu
- Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifqızı hər şeyə aydınlıq gətirdi - MÜSAHİBƏ+FOTO
- Xalq artistinin özündən gözəl qızı hər kəsi heyran qoydu - FOTO