VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) yaranan maye qaz (LPG) qıtlığı aradan qaldırılır, artıq “Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub.

BAKU.WS-in məlumatına görə, bu barədə “APA-Economics”ə “Azpetrol” şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, maye qazın satış qiyməti 0,45 manatdan 0,65 manata qaldırılıb. 

“Qiymət təchizatçı tərəf olan “Məişət Maye Qaz” zavodunun bizə satdığı qiymət əsasında formalaşıb”, - deyə “Azpetrol”dan bildirilib. 

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "APA-Economics"ə  bildirib ki, qiymət dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmir.

“Hazırda maye qazın qiymətini təchizatçı şirkətlər özü tənzimləyir. Biz qazı aşağı qiymətə satırdıq, belə ki, dövlət qarşımıza bu tələbi qoymuşdu. Əvvəllər təchizatçılar maye qazı ancaq bizdən alırdı. İndi isə, ola bilsin, idxal edirlər. Belə olduğu təqdirdə istisna deyil ki, qiymət dəyişə bilər", - deyə İ. Əhmədov qeyd edib.

İ. Əhmədov əlavə edib ki, hazırda ölkədə maye qaza tələbat artmaqdadır: "Belə ki, bu məhsul həm də kimya sənayesində xammal kimi istifadə olunur".

“Məişət Maye Qaz” QSC-dən isə “APA-Economics”ə bildirilib ki, qiymət artımı zavodun təmirə dayanması və bu müddət ərzində maye qazın ölkəyə idxal edilməsi ilə əlaqədardır: “Zavodda təmir işləri artıq başa çatdırılıb. Yaxın zamanlarda LPG-nin köhnə qiymətlə satışı bərpa olunacaq”.

“SOCAR Petroleum” şirkətindən isə “APA-Economics”ə bildirilib ki, sözügedən zavodda təmir gedən müddətdə SOCAR YDM-lərində maye qaz satılmayıb: “Hazırda “Məişət Maye Qaz”dan maye qazın tədarükünü gözləyirik”.

17:05

"Azpetrol" LPG (maye qaz) yanacağın satış qiymətini qaldırıb. 

BAKU.WS xəbər verir ki, əvvəl 1 l. 45 qəpiyə olan maye qaz hazırda 65 qəpiyə satılır. 

"Azpetrol"dan qiymət artımı ilə bağlı məlumatı təsdiq ediblər.

Qeyd edək ki, son bir ayda avtomobillərin işlətdiyi LPG (maye qaz) təchizatında qıtlıq kəskinləşib. Bildirilir ki, bu da bir tərəfdan tələbatın artımı, digər tərəfdən isə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan dövri təmir işləri ilə bağlı olub.

Xeyli müddətdirki ölkəmizdə bir çox yanacaq doldurma məntəqələrində LPG-nin satışı həyata keçirilmir.

Şahin
BAKU.WS
QALEREYA