SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda iki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq.

BAKU.WS
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “report”a məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci km-də Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub-qərb hissəsində yerləşən yanacaqdoldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək.

Bu müddət ərzində Qaradağ rayonu Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu “Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.
BAKU.WS