VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR istiqrazları oktyabrın 17-də 12-ci faiz ödənişini həyata keçirəcək və istiqraz sahibləri növbəti dəfə 1,250 mln. dollar qazanacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bununla da, istiqraz sahiblərinin ümumi gəliri 15 mln. dollara yüksələcək.

Nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 1,25 milyonluq rüblük faiz məbləği Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

Bildirilib ki, investorların ehtiyaclarına uyğun şəkildə dizayn edilməsi, yüksək gəlirlilik, yüksək likvidlik, alqı-satqı əməliyyatlarının asanlığı (hətta 1 milyon dollarlıq istiqrazı cəmi 1 saata satmaq mümkündür), faiz ödənişlərinin qrafikə uyğun aparılması və SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti - hansı ki, indiyədək belə bir əməliyyatın aparılmasına ehtiyac olmayıb - SOCAR istiqrazlarının əsas xüsusiyyətlərini təşkil edir.

SOCAR istiqrazı sahibləri sərfəli şərtlərdə REPO əməliyyatı ilə qısamüddətli kredit cəlb edə və ya istiqrazı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15-16% olan manat krediti götürə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və cəlb etdikləri kreditin faktik faiz dərəcəsi 9-10%-ə enmiş olur.

Xatırladaq ki, SOCAR istiqrazları Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağızdır və ASAN Xidmət mərkəzlərindən (1 və 5 saylı) əldə edilməsi mümkündür.
BAKU.WS