İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir.
 
İqtisadiyyat və Sənaye Nazirliyi-indən BAKU.WS-ə verilən məlumata görə, eyni zamanda, son günlər bir sıra istehlak mallarının qiymətinin artması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar üzrə də Dövlət Xidməti tərəfindən istehlak bazarında araşdırmalara başlanılıb.

Nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində qanunamüvafiq tədbirlər görüləcək.
 
Xatırladaq ki, ötən gün mətbuatda ərzaq məhsullarının 25-30% bahalaşdığı ilə bağlı məlumatlar yayılıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS