SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 6 ay ərzində 600 min manat yatırım cəlb ediblər.

BAKU.WS Agentliyə istinadən xəbər verir ki, bunlar “Ticketsetup”, “Nextsale”, “Vriendly”, “Qreact, Onepoint”, “Topla.az”, “Whelp” startaplarıdır.

Həmin startaplar yerli və xarici investorlardan ümumilikdə 600 min manat investisiya cəlb ediblər. Cəlb olunan investisiyanın 25 faizi xarici, qalanı isə yerli investorların payına düşür. Xarici investorlar əsasən Koreya, ABŞ və Almaniyadandırlar.

“INNOLAND”in məqsədləri gənc, təşəbbüskar və innovativ insanlara dəstək olmaq, onları xarici bazarlara çıxartmaq, ümumiyyətlə, eksportyönümlü innovativ ideyaların təbliğatını təşkil etməkdir.
BAKU.WS