SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya milli valyutası olan rubl dollar qarşısında antirekordunu təzələyib.
 
BAKU.WS-in məlumatına görə, dünya birjalarında neftin qiymətinin sürətlə ucuzlaşması Rusiya valyutasına mənfi təsiri artırıb. Neft qiymətlərindəki enişin dünyanın ən böyük enerji ixracatçısı olan Rusiyanın iqtisadiyyatı üzərində təzyiq yaratmaqdadır.
 
Rusiyaya qarşı iqtisadi sanksiyalar və enerji ixracatçısı üçün hazırki mövcud vəziyyət bütün digər iqtisadi-siyasi problemləri kölgədə qoyur. Rusiya milli valyutası 1,8% ucuzlaşaraq Moskva vaxtı ilə 14:05-də dollar qarşısında 80,156 səviyyəsinə çatıb. Rubl sonuncu dəfə 2014-cü ilin dekabr ayında bu həddə çatmışdı və həmin ərəfədə Rusiya Mərkəzi Bankı təcili olaraq rubla müdaxilə etmişdi. 
 

 

 

Rusiya iqtisadiyyatının və rublun zərər görməsinə əsas səbəb Səudiyyə Ərəbistanı liderliyindəki istehsalçıların satış həcmini artırması olub. Xam neftin ötən 12 ayda 41% ucuzlaşaraq bir barel üçün 28,15 dollar səviyyəsinə enməsi iqtisadi yavaşlamanın bir ildir davam etdiyi Rusiyada ciddi narahatlıq doğurur. 


"PAO Promsvyazbank"ın analitiki Aelxei Eqorov rublun daha da ucuzlaşacağını istisna etmir. Mütəxəssisin fikrincə, rublun dollar qarşısında 80 RUB/USD səviyyəsində olması belə, hazırki neft qiymətləri fonunda çox optimist göstəricidir. A.Eqorov hesab edir ki, neft sürətlə ucuzlaşır və bu ucuzlaşma rublun dollar qarşısında bir az da dəyər itirməsinə gətirib çıxarır. 
 
Heç şübhəsiz ki, neft qiymətlərinin sürətlə ucuzlaşması əsas istehsal gücü neftdən asılı olan Azərbaycana və milli valyutamıza da mənfi təsir edir. Artıq dünya bazarında neftin qiymətinin 27 dollara qədər düşməsi yaxın günlərdə manatın da dollar qarşısında ucuzlaşacağını deməyə əsas verir.  
 
Şahin Həbibov
BAKU.WS