SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının valyuta dəyişmə məntəqələrində yoxlamalar aparılır və dolların məzənnəsinin artırılmasına qarşı tədbirlər görülür. 

BAKU.WS-in məlumatına görə, bu yoxlamalar dolların məzənnəsinin artmasının qarşısını almaqla yanaşı, həm də ABŞ milli valyutasının dövriyyədə azalmasına gətirib çıxarıb. 

Əgər bayram ərəfəsində valyuta dəyişmə məntəqələrində dolların kursu 1,72 manat idisə, bu gün yaşıl valyuta 1,68 manata satılır. Hazırda dolları olanlar valyuta dəyişmə məntəqələrində pulunu 1,60 manata dəyişir. 

Qeyd edək ki, Azərbaycanın Mərkəzi Bankı dolların rəsmi məzənnəsini 5 yanvar tarixinə qədər 1,56 AZN olaraq müəyyən edib. 

BAKU.WS