SİZİN REKLAM BURADA!
055 213 76 73



Böyük Britaniyanın “Harrington Petroleum Limited” neft şirkəti Azərbaycanda filialını açıb.

Trend bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən məlumat verir.

Filial 2018-ci il oktyabrın 25-i Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 60, mənzil 89 hüquqi ünvanında qeydiyyata alınıb.
Şirkətin rəsmi nümayəndəsi Hindistan vətəndaşı Oca Caykumarddır.

Qeyd edək ki, 1998-ci ildə yaradılmış “Harrington Petroleum Limited” şirkəti Yaxın Şərq, Uzaq Şərq və Türkiyədə bir neçə ofisə malikdir.

BAKU.WS