VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan və İran Yerin tədqiqatı üçün birgə peyk istehsalı barədə razılıq əldə edib.

BAKU.WS-in məlumatına görə, bunu Trend-ə açıqlamasında İranın rabitə və informasiya naziri Məhəmməd Cavad Azəri Cəhrumi deyib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında peyk rabitəsi sahəsində sıx əməkdaşlıq yaradılıb.

Nazir həmçinin poçt rabitəsi sahəsində əməkdaşlığın genişlənməsini qeyd edib:

"Gələcəkdə biz poçt maliyyə xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsini planlaşdırırıq”.

Bundan başqa, nazirin sözlərinə görə, azərbaycanlı həmkarı ilə növbəti görüşü çərçivəsində o, TASIM fiber-optik label magistralının tikintisi üzrə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

BAKU.WS