SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Millət vəkili Fazil Mustafa Mərkəzi Bankın bu günkü məzənnə qərarına münasibət bildirib. 

BAKU.WS Fazil Mustafanın Facebook sosial şəbəkəsində paylaşdığı fikirləri təqdim edir: 

Manatın devalvasiyası insanların yaşayış səviyyəsini xeyli aşağı salacaq. İşsizlik, yoxsulluq, üstəlik də dollarla ödəniləcək kreditlər, başqa borclar... Təbii ki, bizdən asılı proses deyil, Rusiyanın küstahlığı və ABŞ-ın neftlə bağlı canbazlığı vəziyyətə bu yerə getirib çıxartdı. Uzun illər yəqin ki, bu dalandan qurtulmamız mümkün olmayacaq. Bununla belə, mən Azərbaycan Mərkəzi Bankı tərəfindən "üzən məzənnə" ifadəsinin işlədilməsinin qəti əleyhinəyəm. Bunun adı elə birbaşa kəskin devalvasiyadır və cəmiyyətlə açıq danışmaq daha doğru olardı. Azad iqtisadiyyat prinsipləri ilə uzun illərdir üzən vətəndaşlar hazırlamadan qeyri-neft sektorunun inkişafını kağız üzərində qabardanda, haçansa insanların real üzmək qabiliyyətini də düşünmək lazım idi. İndi manatımız dənizdə, göldə, çayda üzəcək, vətəndaş isə onun arxasınca üzə bilmir, o zaman hansı sosial gərginliklər yaşanacağını bir Allah bilir... Üstəlik də ötən müddət ərzində inhisarçılığın azaldıılmasına yönəlik ciddi iqtisadi siyasət izlənmədiyinə görə, bundan sonra yeni bir şəraitə iş adamlarını uyğunlaşdırmaq da xeyli çətilnliklər yaradacaq. Onsuz da üzgüçülük üzrə heç bir mötəbər yarışda ciddi bir uğurumuz yox...Yəni həm idman qaydasında, həm də iqtisadi qaydalarda üzmək qabiliyyətimiz demək olar ki, sıfırdır. İndi bu qısa vaxt ərzində üzmək cəhənnəm, heç olmazsa, xilasedicilər gələnə qədər batmamağın sirlərini öyrənmək məcburiyyətindəyik.

BAKU.WS