SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Əgər manat 50% ucuzlaşıbsa, deməli bu gündən etibarən məzənnə mərhələli şəkildə dəyişəcək və manat yaxın günlərdə ucuzlaşmaqda davam edəcək". 
 
Bunu BAKU.WS-ə açıqlamasında iqtisadçı Samir Əliyev deyib. Onun sözlərinə görə, üzən məzənnəyə keçid zamanı həmişə milli valyuta kəskin ucuzlaşır. Daha sonra isə bazara uyğun olaraq dəyişir. Güman edirik ki, manat 50% ucuzlaşması ölkənin maliyyə sabitliyinin qorunması üçün atılan addımdır. Əhali panikaya düşməsin və hələlik gözləmədə olsun: 
 
"Banklardan dollarla kredit götürənlərin krediti faktiki olaraq 50% bahalaşıb. Hesab edirəm ki, dövlət əhalinin banklara olan borcunun ödənilməsi ilə bağlı dəstək verməlidir. Həmçinin, banklara da dəstək verilməlidir ki, əhaliyə güzəşt edilsin".
 
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Şahin Həbibov
BAKU.WS