SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın ən böyük milli onlayn otel rezervasiyası saytı olan Hotels24.az Bitcoin Gold Organization şirkəti ilə əməkdaşlığa başladı.

Bu əməkdaşlıq nəticəsində dünyanın istənilən nöqtəsindən istifadəçilər Hotels24.az saytı vasitəsilə Azərbaycan üzrə otel və apartamentlərin onlayn rezervasiyası, həmçinin digər turizm xidmətlərinin alışı zamanı BTG kriptovalyutası vasitəsilə ödəniş etmək imkanı qazanacaq.

Anar Abbasov, Hotels24.az saytının Həmtəsisçisi və CTO-su:

“Hotels24.az portalını yaradarkən biz qarşımıza qoyduğumuz strateji hədəflər arasında istifadəçilərin ödəniş imkanlarını genişləndirmək üçün multivalyuta opsiyasını təmin etmək, o cümlədən kriptovalyutalarla ödəniş və blokçeyn texnologiyasının tətbiqini də qeyd etmişdi.

Saytın istifadəyə buraxılmasından 1 ildən az vaxt keçməsinə baxmayaraq Hotels24.az ciddi bir inkişaf yolu keçməklə hazırda dünyada fəaliyyət göstərən analoji saytlarla rəqabət apara biləcək duruma gəlmişdir. Bugün saytımızda istifadəçilər 20-dən çox valyuta, o cümlədən Azərbaycan üzrə 200 dən çox oteldə kriptovalyuta ilə ödəniş etmək imkanı əldə edirlər.

Bu imkanı yaxın gələcəkdə hal hazırda əməkdaşlıq etdiyimiz 700000-dən artıq bütün dünya otellərinə də tətbiq etməyi planlaşdırırıq. İnanıram ki, dünyada mövcud olan kriptovalyutalar arasında etibarlığı və sabitliyi ilə fərqlənən BTG ilə əməkdaşlığa başlamaq bizim üçün yeni keyfiyyət mərhələsinin təməlini qoydu”.

Franco Niebles, Bitcoin Gold-un Həmtəsisçisi: “Hotels24.az onlayn otel bronu və turizm servislərinin tətbiqi istiqamətində ciddi işlər görmüşdür. Biz saytı ətraflı təhlil etdikdən sonra qərar verdik ki, çox sıx əməkdaşlıq edə bilərik.Əminəm ki, bu əməkdaşlıq hamı üçün uğurlu və faydalı olacaq”.

Hər iki şirkət barədə daha ətraflı məlumat üçün http://Hotels24.az və http://Bitcoingold.org saytlarına daxil ola bilərsiniz.

BAKU.WS