SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən ilin dekabr ayında hərraclarda yarım milyard dollardan artıq valyuta satılıb. Öncədən də proqnozlaşdırdığımız kimi, ötən ay dollara tələbin artması müşahidə edildi.

BAKU.WS-in məlumatına görə, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov Facebook səhifəsində qeyd paylaşıb.

Onun sözlərinə görə, ilin son ayında əvvəlki ay ilə müqayisədə 2.8 dəfə, yəni 584,8 milyon dollar satılıb.

“Deməli, ötən ay məzənnənin qorunması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olub. Sadəcə bir ay ərzində yarım milyard dollardan artıq xarici valyutanın satılması dollara olan tələbin xüsusi aylarda yüksək qaldığından xəbər verir. Bu isə o deməkdir ki, bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən və deməli, neft gəlirlərimizin həcmindən asılıdır. 2018-ci ildə isə Mərkəzi Bank üçün cətin aylar mart, avqust və ilin son ayı olacaq”, - deyə Vüqar Bayramov bildirib.

BAKU.WS