CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 65,76 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,36 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 65,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 19-da 61,78 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,3 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 19-da 63,41 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.

BAKU.WS