Philips-in Azərbaycandakı rəsmi distribütoru - Mobitek Azerbaijan – sürətlə populyarlığı artan, məşhur rəqibləri mədəni şəkildə dünya bazarında sıxışdıran bu Avropa smartfon və telefonlarının geniş çeşidini müştərilərə təqdim edir.

Xenium – rekordları vuran texnologiya

Maraqlana bilərsiniz ki, Hollandiyalı Philips-i digər ölkələrin adlı-sanlı brendlərindən fərqləndirən əsas üstünlüyü nədir?

Cavab: Philips Xenium-un bütün modelləri – ucuzundan tutmuş bahalısına qədər – super-güclü akkumulyatora malikdir. Xenium isə, Philips tərəfindən patentləşdirilmiş innovativ texnologiyadır ki, onun sayəsində akkumulyatorun iş vaxtı ağlasığmaz dərəcədə artır.

Məsələn, Xenium E570 gözləmə rejimində 170 günə qədər, danışıq rejimində isə 56 saata qədər enerji saxlayır!!! Təsəvvür edin – hətta gündə 2 saat ara vermədən danışsanız belə,demək olar ki, 1 ay telefonun batareyasını doldurmayacaqsınız! Bu əsl rekorddur. Çətin ki, dünya satışlarının çempionları yaxın gələcəkdə həmin rekordu vura bilsin. Xenium E570 modelinin ağlabatan qiyməti sayəsində çoxları ondan ikinci telefon kimi də istifadə edir.

Həm telefon, həm paverbank

Bu gün Xenium E181 modeli də çox populyardır ki, həmin telefon gözləmə rejimində 143 gün, danışıq rejimində isə 50 saata qədər enerji saxlamaq qabiliyyətindədir. Xenium E181-in ən cəlbedici xüsusiyyəti isə ondan ibarətdir ki, həmin telefon eyni zamanda digər mobil cihazların enerji ilə doldurulması üçün PowerBank kimi də istifadə edilə bilər. Xenium E181-in istifadəçiləri batareyanın boşalması, kabel diskomfortu kimi başağrısından birdəfəlik canını qurtarıblar.

Philips Xenium X818 – həm bərkgedən, həm əlçatan

Əlbəttə, güclü batareya Philips-in yeganə üstünlüyü deyil. Zahirən Avropalı aristokrat adını qazanan Philips intuitiv anlaşıqlı interfeysi, mükəmməl kamera və əla texniki göstəriciləri ilə istənilən məqsəd üçün – gündəlik işlər, ünsiyyət, əyləncə, biznes – idealdır. Üstəlik, eyni texniki keyfiyyətlərə malik digər modellərlə müqayisədə Philips daha ucuzdur. “Bu mümkünmü?” sualını Philips sahiblərinə versəniz, yekdilli “Bəli!” cavabını eşidəcəksiniz.

Qərar vermək üçün sadəcə Xenium X818 flaqman smartfonunu başqa ailələrin oxşar nümayəndələri ilə müqayisə etmək kifayətdir. Xenium X818-in nazik, cəmi 6, 95 mm qalınlığı olan metal korpusuna 3 900 mAs həcminə malik akkumulyator yerləşdirilib ki, onun sayəsində smartfon gözləmə rejimində 456 saat, yəni 19 gün işlək vəziyyətdə qalır. Etiraf edin ki, ən bərkgedən smartfonlar belə bu rekorda çata bilməz. Üstün texniki göstəricilərlə bərabər Xenium X818 rəqiblərindən daha ucuzdur və təbii ki, bu önəmli məqam onun populyarlığını daha da artırır.

Xenium X818 – həm bərkgedən, həm əlçatandır!

Hələ də oxuyub götür-qoy eləyirsiniz və ya artıq uyğun modeli seçirsiniz?

Bu gün çoxları Philips smartfonlarını yaxşıların yaxşısı sayaraq və qiymətlərinin daha demokratik olmasını nəzərə alaraq öz seçimini məhz Hollandiyalıların xeyrinə edir.

Əgər təzə telefon və ya smartfon almağı planlaşdırırsınızsa, mobil telefon şəbəkələrinin mağazalarına baş çəkin və buradan imicinizə və ya cibinizə uyğun istənilən Philips modelini seçin. Alıcılarımızın məmnuniyyətinə zəmanət veririk.