SİZİN REKLAM BURADA!
055 213 76 73



"İsti yay günlərində təzə ət məhsulları istəyənlər üçün Səba dükanları böyük əhəmiyyət daşıyır”.
 
BAKU.WS-in məlumatına görə, bunu "Səba” şirkətinin media ilə əlaqələr bölməsindən bildiriblər. Ət məhsulu alarkən etibarlı yerlərdən götürülməsi çox vacibdir. Xüsusilə, quş ətinin markalanması böyük əhəmiyyət daşıyır. Buna görə də açıq şəkildə çəki ilə quş əti almaq istəyənlər üçün Səba ət-süd dükanları çox münasibdir. Tanınmış, sınanılmış brend olmaqla yanaşı, Səba dükanları bu gün 90-a yaxın mağaza ilə ölkədə ən geniş monobrend mağazalar şəbəkəsi hesab oluna bilər.

Səba üçün halallıq təkcə quşların şəriət qaydalarına uyğun kəsilməsi deyil. "Bizim üçün halallıq bütün istehsal prosesi boyu riayət edilməsi gərəkən şərtdir. Toyuqların özümüz yetişdirdiyimiz yemindən tutmuş, dükanımızda satıcının çəkidə hesabına qədər biz bu halallığı qoruyuruq” – Səba-dan belə deyiblər.

İsrafın haram buyrulduğu dinimizə uyğun olaraq, Səba ət-süd dükanlarında hər kəs gündəlik ehtiyacına uyğun qədər quş əti ala bilər. İstər bütöv, qablaşdırılmış toyuq, istərsə də toyuğun müxtəlif hissələri Səba dükanlarında təqdim olunur. Hətta iri supermarketlərdə bəzən tapılmayan toyuq tikələri mütləq Səba dükanlarında olur.

Səba dükanlarının ideyesı "təzə-təzə” prinsipidir - burada yalnız təzə ət təqdim olunur və quş əti gün sonunadək satılmasa, növbəti günə saxlanılmır.

Dükanlar hər biri sanki müxtəlif şəxslərin idarə etdiyi ayrıca mağazalardır. "Biz həmin dükanları onların satıcılarına işlətməyə vermişik - əksəriyyəti qadın olan bu bacarıqlı işçilər o dükanların bütün yükünü daşıyırlar. Amma biz də öz növbəmizdə satıcıların peşəkarlığına diqqət edirik, onlar üçün təlimlər keçiririk, hazırlayırıq. Çünki Səba dükanlarının satıcıları sıravi satıcı deyil, həm də öz mağazalarının satış müdiridirlər, qərarvericisidirlər” – şirkətdən bildiriblər.
 
Bu müqəddəs Ramazan ayında Səba şirkəti evlərə bolluq və halallıq, elimizə əmin-amanlıq arzulayır. 
 
BAKU.WS