SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün banklarda Dolların satış qiymətində az da olsa artım olduğu müşahidə olunur.
 
Bazarın əsas aktyorlarından biri olan "Kapital Bank” Dolların satış qiymətini 1.80 manatdan 1.81 manata qaldırıb. Bank dünən Dolların satış qiymətinin 1.83 manatdan 1.80 manata endirmişdir.
 
"Kapital Bank” Dolların alış qiymətini isə 1.7445 manatdan 1.7485 manata qaldırıb.
 
Bank Silk Vey Dolların alış qiymətini 1.7470 manatdan 1.75 manata, satışını isə 1.78 manatdan 1.79 manata, Bank BTB də Dolların satış qiymətini 1.78 manatdan 1.79 manata qaldırıb.
 
AtaBank Dolların satış qiymətini 1.8150 manatdan 1.80 manata endirib,  Azərbaycan Sənaye Bankı isə alışı 1.7450 manatdan 1.75 manata qaldırıb, satışı isə 1.82 manatdan 1.79 manata salıb. 
 
Qeyd edək ki, 28 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində formalaşmış, rəsmi məzənnə isə 1.7475 manatdan 1.7515 manata qalxmışdır.
 
marja.az
BAKU.WS