Bakıdakı yanacaqdoldurma məntəqələrində Avropa standartlarına uyğun "AI-95 Premium" benzin bahalaşıb. 
 
BAKU.WS-in məlumatına görə, "AI-95 Premium" benzinin 0,95 AZN-dən 1,05 AZN-ə qədər artıb.  
 
Qeyd edək ki, "Premium Euro-95" markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə «Avro-4» standartlarına uyğundur. "AI-98" markalı benzin kimi, "AI-95 Premium" da Rumıniyadan idxal olunur. 
 
Qeyd edək ki, axşam saatlarında BAKU.WS benzinin bahalaşacağı haqda xəbər vermişdi. 

BAKU.WS