SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda çox az-az sayda öz biznesini quran uğurlu gənc iş adamları var. 

BAKU.WS gənc yaşlarında öz biznesini qurmuş gəncləri sizə təqdim edir: Onları siz də tanıyın!

Rasim Adjalov  

 

24 yaşlı Rasim Adjalov universitet təhsilini yarıda qoyaraq biznes həyatına başlayıb və beynəlxalq bir şirkət yaradıb. O Young Business Factory, La Shamse, Oley.az, Georgia Sweet House, Cool Business şirkətlərinin yaradıcısıdır. 


 

Salman Məlikov

Salman Məlikovun 21 yaşı var. Azərbaycan Dövlət İqtisad Universitetində magistr pilləsi üzrə 1-ci kurs tələbəsidir. Digital marketing üzrə fəaliyyət göstərən Digital Solitions şirkətinin rəhbəridir.
 

 

Hüseyn Hümbətov

Hüseyn Hümbətov Azərbaycan Dövlət İqtisad Universitetində oxuyur. O 11 yaşından işləyir. Tələbəlik illərindən isə saat biznesini qurub. Əvvəl 6 manata aldığı saatları küçələrdə satmaqla başlayıb. İndi isə özünün şəxsi saat mağazası var.
 

 

Aysel Məmmədova

Gənc yaşında uğur qazananlardan biri də 25 yaşlı Aysel Məmmədovadır. Aysel Dillər Universitetinin məzunudur. 22 yaşında ACS Language Center mərkəzini yaradıb.

 

Vüqar Səfərov

1988-ci ildə Amsterdamda anadan olan Vüqar Səfərov Azərbaycanda Dövlət İqtisad Universitetində Biznes inzibatçılığı fakültəsində təhsil alıb. 2011-ci ildə Prosper dijital agentliyini yaradıb. Bu şirkət veb saytların, mobil oyunların və tətbiqlərin yaradılmasını təmin edir. Daha sonra animasiyaların yaradılması üzrə ixtisaslaşan – Prosper Cartoon Studio animasiya studiyasını, 2014-cü ildə isə Prosper IT Services şirkətini təsis edib.

 

 

Jalə Kərimova

Jalə Kərimova İqtisad Universitetində Türk Dünyası İşletme fakultəsində təhsil alır. O, 18 yaşında öz biznesini qurub və 2 şirkəti var. Qurduğu şirkətlərdən biri BigDropdur.


 

 
Murad Həsənzadə

Murad Həsənzadənin 22 yaşı var.Yaşı az olmağına baxmayaraq Ustam, Bulud kimi şirkətləri yaradıb. Murad hal-hazırda Qafqaz Universitetində təhsil almaqdadır.
 

 

Turqut Əlizadə

Turqut Əlizadə 1996-cı ildə Bakı şəhərində anadan olub. O, 19 yaşında 360 dərəcəli reklam şirkəti Gravity Inc‘ini yaradıb. Hazırda ADA’da 4-cü kursda təhsil alır.

 

 

Zara Hüseynova

1992-ci ildə anadan olan Zara Hüseynova Azərbaycan Dövlət Neft Akademiyasında Menecment fakültəsində təhsil alıb. O, 2011-ci ildə hələ tələbə ikən öz biznesini qurub – ALZA butikini açıb. O həmçinin WoWoman qadınların inkişafı platformasının təsisçisidir.

Mənbə: bizplus.аz