Mikayıl Cabbarov: "Qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib"

“Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib”.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində bildirib.
Nazir qeyd edib ki, bu layihə Azərbaycanla Türkiyə arasında hərtərəfli münasibətlərin daha bir təzahürüdür, türk şirkətinin ölkəmizə birbaşa sərmayəsidir.
“Dərman istehsalı hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. İstənilən resurs tükənəndir. Yalnız insan kapitalına əsaslanaraq bu hüdudları genişləndirmək olar. Bu müəssisənin fəaliyyəti sektorun inkişafına yönəlmiş addımdır. Biz bunu səmimi-qəlblə qəbul edirik”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Türkiyə ilə birgə əczaçılıq məhsullarının istehsalı zavodu tikəcək - FOTO
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkında qabaqcıl texnologiyalara əsaslanan, ilkin...
