FHN rəsmiləri ilə görüş keçirilib - FOTO

11 sentyabr 2023-cü il tarixində “SOCAR Downstream Management”in (SDM) baş direktoru Emil Alxaslı, Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) direktoru Xəyal Cəfərov və digər SDM əməkdaşları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev və Agentliyin rəis müavini İsmayıl Nəsirov ilə görüşüblər.
Görüşdə SDM/NEZ-də keyfiyyətə nəzarət və SƏTƏMM üzrə icra olunan işlər barədə, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunda təhlükə potensiallı qurğuların və avadanlıqların dövlət reyestrində qeydiyyata alınması və sertifikatlaşdırılması ilə bağlı müzakirələr aparılıb.
Eyni zamanda görüş çərçivəsində NEZ ərazisinə sahə turu təşkil edilmiş və zavodun fəaliyyəti ilə bağlı geniş məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
SOCAR “Sberbank”la birgə müəssisəsindən çıxır
SOCAR “Antipinski” neft emalı zavodu və zavodun törəmə şirkəti olan NKNP MMC-yə məxsus yataqların idarə olunması üzrə layihədə iştirakını uğurla başa vuraraq, “...
