SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın kiçik və orta biznes (KOB) subyektləri və startapları Türkiyənin Bilişim Vadisinin imkanlarından istifadə edə biləcəklər.

BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov tvitter hesabında bildirib.

"Bununla bağlı Bilisim Vadisi ilə Niyyət Protokolu imzaladıq. Baş müdür Əhməd bəylə sənəddən irəli gələn məsələləri, əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə o, qeyd edib.

BAKU.WS