SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qanun layihəsindən belə görünür ki, avtomobili olanlar utilizasiya prosesini maliyyələşdirən şəxslər olacaq”.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin komitə iclasında bildirib.

O bildirib ki, bunu düzgün hesab etmir: “Dövlət bu prosesdə epizodik yox, tam şəkildə iştirak etməlidir. Bundan əlavə, deyirsiniz, qanunda məcburiyyət yoxdur, amma burada iqtisadi məcburiyyət var.

Qanun layihəsində göstərilir ki, köhnə maşınlarını utilizasiya edən şəxslər Azərbaycanda istehsal olunan maşınları almasa, daha az pul alacaqlar. Bu, belə olmamalıdır”.

Qeyd edək ki, "İstehsalat və məişət tullantıları haqqında" qanuna təklif olunan dəyişiklikdə Azərbaycanda nəqliyyat vasitələrinin Utilizasiyası Fondunun yaradılması da yer alıb.

Digər təklif isə cərimələrlə bağlıdır. Belə ki, nəqliyyat vasitəsi utilizasiya edilmiş şəxs yeni avtomobil alarkən ona güzəşt tətbiq etməyən satıcı cərimələnəcək.

BAKU.WS