ADY sədri Qazaxıstanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə toplantıda iştirak edib - FOTO

Bu gün Qazaxıstanın Almatı şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının ümumi yığıncağı keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
BAKU.WS xəbər verir ki, görüşdə 2022-ci il üzrə Fəaliyyət Planına dair hesabat dinlənilib, daha sonra müvafiq marşrut üzrə 2023-cü ilin fəaliyyət planı, tarif siyasəti və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə yeni üzvlərin qəbulu müzakirə olunub.
Səfər çərçivəsində ADY sədri Qazaxıstan, Gürcüstan və Türkiyə dəmir yolları qurumlarının nümayəndə heyətləri ilə görüşüb. İkitərəfli görüşlərdə tranzit potensialının artırılması imkanları nəzərdən keçirilib.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışda! - "Hyundai Sonata" - 2500 AZN - QİYMƏTLƏR
10 yanvar 2023-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 51 nəqliyyat vasitəsi çıxarılıb. Hərr...