VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rus turistlərin regionda ən çox üz tutduğu şəhərlərin adları açıqlanıb.
 
BAKU.WS-in məlumatına görə, siyahı mehmanxanalara onlayn sifarişlər əsasında hazırlanıb. Rusiyaya yaxın xarici şəhərlərinin siyahısında Bakı da yer alıb. 

Rus turistlərin mövsüm zamanı baş çəkdiyi on məşhur şəhər bunlardır: Minsk, Kiyev, Almatı, Bakı, Yerevan, Astana, Vitebsk, Bişkek, Daşkənd və Kişinyov. Rus turistlərin üz tutduğu digər şəhərlər isə Brest, Qomel, Lvov, Odessa, Xarkov, Aktau və Aktobedir. 

Rusiya turistləri üçün MDB-də ən məşhur ölkə Belarus sayılır. Turistlərin 37% bu ölkəyə səfər edir. Ukraynaya - 22%, Qazaxıstana - 16%, Azərbaycana - 9%, Ermənistan isə 7% turist gedir. Yerdə qalan 10% isə digər ölkələrə şamil edilir. 

Bakıda turistlər orta hesabla gündə mehmanxanada qalmağa 78 dollar ödəyirlər. Kiyev və Almatıda isə mehmanxanaya 87 dollar ödəmək kifayət edir. MDB-də otellərinə görə ən bahalı şəhər Astana ($115) sayılır. 

MDB-nin ən məşhur kurort zonaları İssik-Kul (Qırğızıstan), Naroçun gölü (Belarusiya), Bor (Qazaxıstan), Nabran (Azərbaycan) və Sevandır (Ermənistan).
 
ŞAHİN Həbibov 
BAKU.WS