VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Neft Fondu (AMB) bu ilin yanvar ayında Türkiyə Mərkəzi Bankında (TMB) 6 ay müddətinə yerləşdirdiyi 1 milyard avro depozitin müddətini 5 ay (bu ilin sonuna qədər) uzadıb.

BAKU.WS xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Fonddan bildirilib.

"Həmin depozit ARDNF-in investisiya strategiyası və qaydaları çərçivəsində, mərhələli şəkildə TMB-də yerləşdirilib. Bu yatırım həyata keçirilərkən onun Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verməsi, eləcə də cari bazar konyukturası nəzərə alınaraq depozitin müddətinin uzadılmasına qərar verilib", - deyə açıqlamada qeyd olunub.

BAKU.WS