Azərbaycanda atlar çiplənəcək

Azərbaycanda atların və dəvələrin dərisinin altına mikroçip yerləşdiriləcək.
BAKU.WS xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Bundan əvvəl atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların birkalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilirdi.
Dəyişikliyə əsasən, bundan sonra atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcək.
Oxşar xəbərlər
Bakıda PPX maşını satışa çıxarıldı - QİYMƏTLƏR - FOTO
19 iyul 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 15 nəqliyyat vasitəsi çıxarılıb. Hərrac...
