SİZİN REKLAM BURADA!
055 213 76 73


May ayının sonlarına yaxınlaşsaq da, bazarlarda pomidor və xiyarın qiyməti yüksək olaraq qalmaqdadır. Market və bazarlarda pomidorun bir kiloqramının qiyməti 3-5 manat, xiyarın qiyməti isə 2-3 manat aralığında dəyişir.

Maraqlıdır, yay gəlir, havalar isinir, qiymətlər niyə buz bağlayıb?

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı "gundem.az"-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bazarda olan pomidorların açıq havada yox, istixanalarda yetişdirildiyini deyib. Mütəxəssis qiymətlərin yüksək olmasının səbəblərinə də aydınlıq gətirib:

“Adı çəkilən tərəvəzlərin yeni yetişən vaxtıdır. Hazırda bazarlarda parnikdə yetişdirilən pomidorlar üstünlük təşkil edir. Bahalılığın səbəbi isə gübrə və toxumun fermerlərə yüksək qiymətə satılmasıdır. Eyni zamanda qazın da qiyməti yüksəlib, əmək haqları artıb. Bütün bunlar yetişən məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur”.

Ekspert məhsuldarlıq və inflyasiya amilinə də toxunub:

“Bahalıq səbəblərinin üzərinə inflyasiyanı da gəlmək olar. Artıq son 30-40 ilin ən yüksək səviyyədə olan inflyasiya həddini müşahidə edirik. Digər tərəfdən isə istixanalar bağlanır və bu da məhsuldarlığa təsir edən mənfi amillərdən biridir. Tərəvəzlər istixanalardan çıxandan sonra qiymətlərdə enmələrin olmasını görəcəyik. Bu, 20 gün sonra ola bilər”.

BAKU.WS