SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,4%, qeyri-ərzaq məhsulları üzrə 106,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu ilin aprel ayında isə istehlak qiymətləri indeksi mart ayına nisbətən 101,0%, ötən ilin aprel ayı ilə müqayisədə 113% olub.

BAKU.WS