SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşmaqda davam edir.

BAKU.WS xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,42 dollar artaraq 130,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,93 dollar artaraq 125,63 dollar olub.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 103,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 137,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 7,59 dollar/barel çoxdur.

Birjalarda neftin bahalaşması Azərbaycan neftinə də təsirsiz ötüşməyib. Belə ki, CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 8-də 135,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,28 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 134,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,64 dollar/barel çoxdur.

BAKU.WS