SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşmaqda davam edir.

BAKU.WS xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 3,99 dollar artaraq 116,92 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 3,74 dollar artaraq 114,34 dollar olub.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti 2013-cü ildən bəri ilk dəfə olaraq bir barel üçün 116 dolları keçib.

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 2-də 116,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,2 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 114,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,26 dollar/barel çoxdur.

Eyni zamanda Qərbi Texas markalı neftinin aprel fyuçersləri isə 2,8 faiz artaraq 113,70 dollar təşkil edib.

BAKU.WS