SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya birjalarında neft qiymətləri bahalaşıb.

BAKU.WS xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 76,32 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,59 dollar bahalaşaraq 72,95 dollar olub.

Dünya bazarında Azərbaycan neftinin də qiyməti bahalaşıb.

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 8-də 77,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel çoxdur.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

BAKU.WS