SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA"ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi 0,2% artaraq 1,5425 manat təşkil edib. Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,17% möhkəmlənərək 1,7119 manat olub.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən sabit qalaraq 0,0241 manat olub. Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,7% möhkəmlənərək 0,5352 manata yüksəlib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0566 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,27%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisi də 1,3% bahalaşaraq 0,6620 manat təşkil edib.
 
BAKU.WS