Bahalaşan və ucuzlaşan ərzaq məhsulları açıqlandı

Ölkədə bahalaşan və ucuzlaşan ərzaq məhsulları ilə bağlı statistika açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün məmulatlarının qymətlərində müşahidə olunub.
Ucuzlaşma isə təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində qeydə alınıb.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oxşar xəbərlər
Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı - SİYAHI
2021-ci ilin aprel ayında ölkədə dəyəri artan ərzaq və qeyri-ərzaq məhsulları açıqlanıb. BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin...
