Pensiya yaşı nə zaman azaldılacaq? - AÇIQLAMA

Pensiya yaşının azaldılması üçün cəmiyyətin özündə inkişaf baş verməlidir.
BAKU.WS xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında iqtisadçı Qulu İbrahimli deyib.
O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində vəsait qalığının olması üçün hər kəsin gəlirindən oraya ayırmalar edilməlidir:
“Obyektiv problemlər səbəbindən hələlik pensiya yaşının azaldılması barədə qərarın verilməsi gözlənilmir. Çünki bizdə kölgə iqtisadiyyatının olması və əməkhaqqının “ağarmaması” , eyni zamanda rəsmi məşğulluğun tam səviyyədə təmin olunmaması səbəbindən pensiya yaşının aşağı salınması nəzərdə tutulmur”.
İqtisadçı onu da bildirib ki, qeyd edilən problemlər pensiya yaşına çatmadan vəfat edən şəxslərə görə varislik haqqında qanunun qəbul edilməsinə də mane olur.
Oxşar xəbərlər
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ - VİDEO
Kirayə ilə ev almaq dövrü başladı. BAKU.WS "marja"ya istinadən xəbər verir ki, elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq. Müra...